HİND BİNT ÜTBƏ

ən nüfuzlu Məkkə xanımlarından biri olmuşdur. O, Məkkə başçısı Əbu Süfyanın xanımı, birinci Əməvi xəlifəsi olmuş Müaviyənin anası idi. Hindin qızı Həbibə Məhəmməd peyğəmbərin həyat yoldaşı olduğuna görə o, Məhəmmədin qayınanası olmuşdur. Hind öz əri ilə birlikdə uzun müddət müsəlmanlara qarşı mübarizə aparmışdır. Bədr döyüşündə Həmzə ibn Əbdülmüttəlib onun atası Ütbəni öldürmüşdür. Həmən döyüşdə onun qardaşı Valid də öldürülmüşdür. Bu səbəblə də Hind, müsəlmanlardan qisas almaq fikrinə düşmüş, onlara qarşı savaşın davam etdirilməsinin tərəfdarı olmuşdur. Uhud döyüşündə məkkəlilər müsəlmanları məğlubiyyətə uğrada bilmişdirlər. Burada Hind döyüşdə öldürülmüş Həmzə ibn Əbdülmüttəlibin ciyərini çıxardıb yemişdir. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra, Hind ölümə məhkum olmuşdur. Buna baxmayaraq o, Məhəmməd peyğəmbərin yanına gələrək İslamı qəbul etdiyini bildirmişdir. O da, onu bağışlamışdır.
HİLFÜL-FÜDUL
HİZBÜT-TƏHRİR
OBASTAN VİKİ
Ütbə ibn Rəbiə
Ütbə ibn Rəbiə (567, Məkkə – 12 mart 624, ərəb. عتبة بن ربيعة‎) — İslam peyğəmbəri Məhəmmədə tabe olmaqdan imtina edən Qureyş qəbiləsinin başçılarından biri. Əbu Süfyanın qayınatası. Bədr döyüşündə öldürülmüşdür. Onun tam adı Əbu-l-Valid Ütbə ibn Rəbiə ibn Əbd-Şəms ibn Əbd-Mənaf əl-Kürəşidir. Məhəmmədin çoxlu sayda tərəfdarı olduğunu görən Ütbə, Qüreyşin digər rəhbərləri ilə məsləhətləşdikdən sonra Peyğəmbərin yanına gedir və istədiyi hər şeyi təklif edir. Sadəcə onun təlimlərinin təbliğindən əl çəkməsi istənilir. O, Bədr döyüşü ərəfəsində də Əmr ibn əl-Xədrəminin müsəlmanlar tərəfindən öldürülməsinə görə təzminat ödəməyi təklif edərək, Qureyşi müsəlmanların əleyhinə getməməyə inandırmağa çalışmışdır. Ütbənin özü döyüşdə ölümcül yaralanmış, cəsədi isə ümumi bir çuxura atılmışdır. Məhəmməd onun hədiyyələrini yüksək qiymətləndirdiyini bildirib.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini. Bir qrup başlanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər. Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.ref>Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh.
Hind mədəniyyəti
Hindistan mədəniyyəti ― Hindistan yarımadasında yaranan və ya onunla əlaqəli olan ictimai normaların, etik dəyərlərin, ənənəvi adətlərin, inanc sistemlərinin, siyasi sistemlərin və əsərlərin toplu maddi və qeyri-maddi mirası. Hind mədəniyyəti 1947-ci ilə qədər Hindistan yarımadasına və 1947-ci ildən sonrakı Hindistan Respublikasına aid etnik-linqvistik cəhətdən müxtəlif Hindistanda yaranan və ya onunla əlaqəli olan sosial norma və texnologiyaların irsidir. Bu termin Hindistandan kənarda, xüsusən də Cənubi Asiya və Cənub-Şərqi Asiyada tarixləri immiqrasiya, müstəmləkəçilik və ya təsir yolu ilə Hindistanla sıx bağlı olan ölkələrə və mədəniyyətlərə də aiddir. Hindistanın dilləri, dinləri, rəqsləri, musiqisi, memarlığı, yeməkləri və adət-ənənələri ölkə daxilində yerdən yerə fərqlənir. Tez-tez bir neçə mədəniyyətin birləşməsi kimi etiketlənən Hindistan mədəniyyəti, Hind Vadisi Sivilizasiyası və digər erkən mədəniyyət sahələri ilə başlayan bir neçə minillik bir tarixdən təsirlənmişdir. Hindistan dinləri, riyaziyyatı, fəlsəfəsi, mətbəxi, dilləri, rəqsləri, musiqisi və filmləri kimi hind mədəniyyətinin bir çox elementləri İndosfer, Böyük Hindistan və bütün dünyaya dərin təsir göstərmişdir. İngilis Rac Hindistan mədəniyyətinə daha da təsir etdi, məsələn, ingilis dilinin geniş şəkildə tətbiqi,və yerli dialekt inkişaf etmişdir. Hindistan mənşəli dinlər Hinduizm, Caynizm, Buddizm və Sıxizmhamısı dharma və karma anlayışlarına əsaslanır. Ahimsa, qeyri-zorakılıq fəlsəfəsi, Hindistanın müstəqillik hərəkatı zamanı Hindistanı birləşdirmək üçün vətəndaş itaətsizliyindən istifadə edən Şri Mahatma Qandi olan ən məşhur müdafiəçisi olan yerli hind inanclarının mühüm aspektidir - bu fəlsəfə Amerika dövründə Martin Lüter Kinq Jr.-ı daha da ilhamlandırdı. vətəndaş hüquqları hərəkatı.
Hind oroksilumu
Hind oroksilumu (lat. Oroxylum indicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin oroksilum cinsinə aid bitki növü.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü. Dendranthema indicum (L.) Des Moul. Matricaria indica (L.) Desr. Pyrethrum indicum (L.) Cass. Tanacetum indicum (L.) Sch.Bip. Chrysanthemum indicum var. aromaticum (Q.H.Liu & S.F.Zhang) J.M.Wang & Y.T.Wu Chrysanthemum indicum var.
Hind qavialı
Hind qavialı (lat. Gavialis gangeticus) — Gavialidae fəsiləsinin yaşayan iki bioloji növündən biri. Digəri Malay qavialıdir. Bu timsahlara əsasən Hindistan, Banqladeş, Butan, Nepal, Pakistan və Myanma ərazisində rast gəlmək mümkündür. Yaşayış arealı Hind çayı, Brahmaputra, Qanq və Mahanadi çaylarıdır. Qavialın uzunluğu 3–5,5 metr (maksimum 7 metr), çəkisi 159–181 kq-dır.
Hind quşu
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Hind rəqsləri
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət-ənənələri ilə sıх bаğlıdır. Cəmiyyətin mahiyyətində duran mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir. Hind rəqslərinin qədimliyi bir sıra maddi mədəniyyət nümunələri ilə təsdiqlənir.. Mohenco-Daro arxeoloji qazıntıları zamanı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağaralarındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişində rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsmləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin qədimdən populyar olduğunu göstərir. Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşündən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli hind rəqsinin ən məşhur simvoludur. Onun başının üstündəki ay duyğulara nəzarətin, bədəninə dolanmış ilanlar həyat verən yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış ayağı isə eqonu məhv etməsinin göstəricisidir. Hind rəqsləri bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim “Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, baş, gövdə və s.
Hind rəqəmləri
Hind rəqəmləri — Hind-Ərəb rəqəm sistemində yer alır.
Hind samuru
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Hind toyuğu
Hind təqvimi
Hind təqvimi — Hinduizmdə istifadə edilən təqvim. Hind təqvimi Benqal təqvimindən, Assam təqvimindən nümunə alınaraq yaradılmışdır. Hal-hazırda bu təqvim Hindistanın orta bölgəsində istifadə edilir.
Hind xoruzu
Hind xəşənbülü
Hind xəşənbülü (lat. Melilotus indicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Karl Linney tərəfindən 1753-cü ildə nəşr olunmuş Species plantarum əsərində təsnif olunmuşdur. Daha sonra isə 1785-ci ildə Xəşənbül cinsinə aid edilmişdir.
Hind yaseni
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Hind yasəməni
Hind zirəsi
Hind çayı
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.